İran Avropadakı ABŞ obyektlərini hədəfə ala bilər
İran ABŞ ilə münaqişənin eskalasiyası halında Avropadakı Amerika hərbi obyektlərinə zərbələr endirmək imkanını nəzərdən keçirir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Nəşrin İran hakimiyyətinə yaxın mənbələrə istinadən yaydığı məlumata görə, mümkün hədəflər arasında Bolqarıstandakı Bezmer aviabazası və Kiprdəki Britaniya hərbi bazası da var.
Mənbələr bildiriblər ki, Tehran ABŞ-nin “çox uzağa getməsi” halında Yaxın Şərqdən kənarda yerləşən hədəflərə qarşı da addımlar ata bilər.
Məlumata görə, İranın nəzərdən keçirdiyi mümkün hədəflər arasında Hörmüz boğazındakı sualtı kabellər də yer alır.
16:09 19.08.2026
Oxunuş sayı: 209