İsrail Qəzzada HƏMAS komandirlərinə zərbə endirdiyini açıqladı
İsrail Müdafiə Ordusu Qəzzanın Şati bölgəsində, limanın yaxınlığında HƏMAS komandirlərinə zərbə endirildiyini açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, zərbə təhdidin aradan qaldırılması məqsədilə yüksək dəqiqliklə həyata keçirilib.
İsrail ordusu bildirib ki, zərbədən əvvəl mülki əhali arasında itkilərin və dağıntıların minimuma endirilməsi üçün tədbirlər görülüb. Bu məqsədlə yüksək dəqiqlikli sursatlardan və havadan müşahidə imkanlarından istifadə edildiyi qeyd olunub.
21:06 18.08.2026
Oxunuş sayı: 50