Ukrayna Polşadan aldığı MiQ-29-lardan hələ döyüşdə istifadə edə bilmir
Ukrayna Polşadan aldığı MiQ-29 qırıcılarından hazırda döyüş əməliyyatlarında istifadə edə bilmir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Polşadakı səfiri Vasili Bodnar bildirib.
Onun sözlərinə görə, təyyarələrin döyüşə cəlb olunması üçün əvvəlcə təmir və texniki hazırlıq işlərinin aparılması tələb olunur.
Bodnar qeyd edib ki, MiQ-29-ların istifadəyə verilməsi ilə bağlı proses davam edir.
19:38 18.08.2026
Oxunuş sayı: 50