CROSSMEDIA - Analitik İnformasiya Portalı

Bütün xəbərlər

01:50 03.10.2026

Yəməndə husilərə qarşı hava zərbələri endirilib

33

Səudiyyə Ərəbistanına məxsus döyüş təyyarələrinin Yəmənin bir sıra ərazilərinə hava zərbələri endirdiyi bildirilib. Husilərə bağlı SABA xəbər agentliyinin məlumatına görə, Səudiyyə aviasiyası Həccə vilayətinin Vuşha rayonunda rabitə şəbəkəsini 4 hava zərbəsi ilə hədəfə alıb. Bundan əlavə, Ləhic vilayətinin Kubeyta rayonunda yerləşən Əl-Hicr İnstitutuna da hava zərbəsi endirildiyi bildirilib. Taiz vilayətində isə Hayfan rayonuna 4, Əl-Kədha bölgəsinə 2, İctimai Kollecə 1 və Samia rayonuna 1 hava zərbəsinin həyata keçirildiyi iddia olunub. Hücumların nəticələri və mümkün itkilərlə bağlı məlumat verilməyib. Səudiyyə Ərəbistanı rəsmiləri isə husilərin bu iddialarına münasibət bildirməyib. Koalisiya: Husilərin Səudiyyəyə atdığı raketlər məhv edilib Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası husilərin ölkənin cənubundakı Xamis-Muşayt şəhəri istiqamətində atdığı 3 ballistik raketin qarşısının alındığını və məhv edildiyini açıqlayıb. Koalisiyanın sözçüsü, briqada generalı Türki əl-Maliki bildirib ki, raketlər hədəfə çatmadan zərərsizləşdirilib. Açıqlamada hücumla bağlı əlavə məlumat verilməyib. Koalisiya daha əvvəl gecə saatlarında da Xamis-Muşayt istiqamətində atılan bir ballistik raketin məhv edildiyini açıqlamışdı. Oktyabrın 1-də isə Xamis-Muşayt və Cazan şəhərlərinə yönələn hücumlar zamanı 2 ballistik raket və 4 pilotsuz uçuş aparatının zərərsizləşdirildiyi bildirilib. Husilərin raket mərmisi Səudiyyədə məktəbə düşüb Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsi isə husilər tərəfindən atıldığı bildirilən raket mərmisinin Nəcran şəhərindəki məktəblərdən birinə düşdüyünü açıqlayıb. Hadisə nəticəsində məktəbə maddi ziyan dəydiyi bildirilsə də, zərərin miqyası açıqlanmayıb. Hücum nəticəsində xəsarət alanların olub-olmadığı barədə də məlumat verilməyib. Husilər hadisə ilə bağlı açıqlama verməyib. Yəməndə vəziyyət gərginləşir Yəməndə vətəndaş müharibəsi husilərin 2014-cü ilin sentyabrında paytaxt Sənanı və ölkənin bir sıra vilayətlərini nəzarətə götürməsindən sonra başlayıb. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası 2015-ci ilin martından etibarən beynəlxalq ictimaiyyət tərəfindən tanınan Yəmən hökumətini dəstəkləyir. 2022-ci ilin aprelində əldə olunan atəşkəsdən sonra cəbhələrdə nisbi sakitlik müşahidə edilsə də, 2026-cı ilin iyulundan etibarən Taiz, Marib, Əl-Covf, Əl-Beyda və Ləhic istiqamətlərində yenidən genişmiqyaslı toqquşmaların baş verdiyi bildirilir. Sentyabr ayı ərzində döyüşlərin intensivliyinin artdığı, husilərin isə Hudeydə və Taiz vilayətlərində, o cümlədən strateji Əl-Muha şəhəri və Babülməndəb boğazındakı Meyyun adası kimi ərazilərdə nəzarəti ələ keçirdiyi qeyd olunur.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR