Maraqla gözlənilən "ASUS Zenfone 12 Ultra" haqqında yeni məlumatlar ortaya çıxmağa davam edir. Gözlənilən cihaz bir neçə ay əvvəl IMEI və SGS məlumat bazalarında görünüb. İndi isə model gözlənilməz şəkildə Bluetooth SIG platformasında üzə çıxıb. Budur, təfərrüatlar…
Bluetooth SIG məlumat bazasında "ASUSAI2501A" model kodu ilə ortaya çıxan "Zenfone 12 Ultra" diqqət çəkib. "ASUS", bu ilin mart ayında "Zenfone 11 Ultra" modelini bazara təqdim etdiyi, indi isə onun varisi üzərində çalışdığı məlumdur.
Təəssüf ki, Bluetooth SIG siyahısı "Zenfone 12 Ultra" modelinin texniki xüsusiyyətlərini açıqlamır. Amma bu siyahı, gözlənilən təqdimatın çox yaxın olduğunu və şirkətin yaxın bir neçə ay ərzində üst səviyyəli yeni modelini təqdim edəcəyini göstərir.
Texniki xüsusiyyətlər baxımından "Zenfone 12 Ultra" modelinin "Snapdragon 8 Elite" çipseti ilə gəlməsi və xüsusiyyətlərinin "ROG Phone 9" modeli ilə oxşar olacağı gözlənilir. Qeyd etmək lazımdır ki, eyni vəziyyət "Zenfone 11 Ultra" ilə "ROG Phone 8" modelləri arasında da yaşanmışdı.
İddialara görə, "ASUS Zenfone 12 Ultra" modeli aşağıdakı xüsusiyyətlərlə təqdim ediləcək:
Full HD+ çözünürlüklü 6.78 düymlük AMOLED ekran
185 Hz yeniləmə tezliyi
50 meqapiksellik əsas kamera
13 meqapiksellik ikinci kamera
8 meqapiksellik üçüncü kamera
32 meqapiksellik ön kamera
Maraqla gözlənilən "Zenfone 12 Ultra" modelinin 2025-ci ilin əvvəlində bazara çıxacağı gözlənilir.
Emil Nağızadə