Uzun müddətdir iddialar və sızıntılarla diqqət mərkəzində olan "Redmi K80" seriyası ilə bağlı ilk rəsmi açıqlama yayımlanıb. "Xiaomi" seriyanın gələn həftə təqdim olunacağını təsdiqləyib və bəzi əsas texniki detalları açıqlayıb.
"Xiaomi" bu il təqdim ediləcək "Redmi K" seriyasının yalnız iki modeldən ibarət olacağını bildirdi: "Redmi K80" və "Redmi K80 Pro". Gözlənilən "Redmi K80e" modeli isə istehsal olunmayacaq. Bununla yanaşı, bütün cihazların "TCL Huaxing" tərəfindən hazırlanmış 2K çözünürlüklü ekran ilə təchiz ediləcəyi vurğulanıb.
Bu ekranlar xüsusi olaraq "M9 Luminescent" materialı ilə hazırlanıb və enerji istehlakını 20,3% azaltmaq qabiliyyətinə malikdir. Ekranın maksimum 1800 nit parlaqlıq səviyyəsi təqdim edəcəyi də qeyd olunub.
"Redmi K80" seriyası yüksək keyfiyyətli ekranlarla yanaşı, bir sıra müasir texnologiyaları da təqdim edəcək. "Xiaomi", hər iki modeldə ultrasonik barmaq izi skanerinin mövcud olacağını təsdiqləyib. Həmçinin seriyanın rəsmi təqdimat tarixinin dəqiq olaraq açıqlanmasa da, gələn həftə təqdim ediləcəyi bildirilib.
"Redmi K80" və "Redmi K80 Pro" modellərinin texniki xüsusiyyətləri:
Xüsusiyyət "Redmi K80" "Redmi K80 Pro"
Ekran "TCL Huaxing" tərəfindən hazırlanmış 2K çözünürlüklü ekran, "M9" materialı və 1800 nit parlaqlıq "TCL Huaxing" tərəfindən hazırlanmış 2K çözünürlüklü ekran, "M9" materialı və 1800 nit parlaqlıq
Prosessor "Snapdragon 8 Gen 3" "Snapdragon 8 Elite"
Arxa Kamera 50 MP (əsas) + 8 MP (ultra geniş) + 2 MP (makro) 50 MP (əsas) + 32 MP (ultra geniş) + 50 MP (telefoto)
Ön Kamera 20 MP 20 MP
Batareya Kapasitesi 6500 mAh 6000 mAh
Sürətli Şarj 90W 120W (kablolu), 50W (simsiz)
RAM və Yaddaş 16 GB-a qədər RAM, 1 TB-a qədər yaddaş 16 GB-a qədər RAM, 1 TB-a qədər yaddaş
"Redmi K80" seriyası, xüsusilə premium ekran texnologiyası, yüksək batareya tutumu və güclü "Snapdragon" prosessorları ilə istifadəçilərin diqqətini çəkməyi hədəfləyir.
Sevinc Abuşova