Energetika

2027-ci ilədək Azərbaycanın enerji sisteminə inteqrasiya ediləcək bərpa olunan enerji layihələri 2,5 milyard ABŞ dolları investisiya dəyərindədir.

Crossmedia.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Pərviz Şahbazov Avropa İnvestisiya Bankının (EİB) vitse-prezidenti Tereza Çervinska ilə görüşündə bildirib.

Bildirilib ki, ölkəmizin “yaşıl enerji keçidi” istiqamətində həyata keçirdiyi və planlaşdırdığı milli və beynəlxalq əhəmiyyətli layihələr barədə müzakirələr aparılıb.

Növbəti mərhələdə əsasən ixracyönümlü layihələrin həyata keçiriləcəyi, bu aspektdə “Xəzər-Qara dəniz-Avropa” və “Mərkəzi Asiya-Azərbaycan” yaşıl enerji dəhlizlərindən danışılıb. “Yaşıl enerji” dəhlizləri, enerji şəbəkələri, enerji sistemlərinin təkmilləşdirilməsi, hidrogen və enerji səmərəliliyi sahələrində Bankla investisiya əməkdaşlıq imkanları dəyərləndirilib.

T. Çervinska Azərbaycanın bərpa olunan enerji layihələri üzrə atdığı addımları yüksək qiymətləndirib və Bankın ölkəmizlə “yaşıl enerji” tərəfdaşlığında maraqlı olduğunu ifadə edib.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il