Dünyada bir çox araşdırıcı uzun ömrün sirri ilə bağlı tədqiqatlar aparır. Sağlam və uzun ömür şansını artıran bir çox amil mövcuddur. Təbiətdə tapılan, lakin dəyəri çox bilinməyən bir meyvə var ki, qan dövranını yaxşılaşdıraraq bədəni 10 il gəncləşdirə bilər. Çiçester Universitetində meyvələrin sağlam xüsusiyyətlərinə fokuslanan bir tədqiqatda təbiətdə tapılan bəzi meyvələrin qan dövranını 45% artırdığı ortaya çıxıb. Yüksək antioksidan tərkibinə sahib olan və ümumi sağlamlıq üzərindəki təsirləri nəzərə alındıqda, frenk üzümü ömrü uzadan meyvələrdən biridir.
İdman Fizyologiyası Professoru Mark Willemsə görə, frenk üzümünü sadəcə bir həftə istehlak etmək belə ümumi qan dövranını yaxşılaşdıra bilər və bədənin bioloji yaşını 10 il gəncləşdirə bilər. Tədqiqatçılar frenk üzümü ekstraktının əzələ daralması zamanı əsas arteriyaların qan axışını 45% artırdığını kəşf edib. Dörd ilə yeddi gün ərzində klinik tədqiqatlarda əhəmiyyətli dəyişikliklər müşahidə edilib.
Professor Willems, "Antosiyaninin uzun müddət ərzində sağlamlığa təsir etmək üçün nəzərəçarpan potensialını aşkar edirik. Bir şəkildə frenk üzümü birləşmələri qan damarlarını daha sağlam və gənc edir" deyib.
Frenk üzümü C vitamini, K vitamini, kalium və antioksidanlarla zəngin olduğundan bədənə bir çox fayda gətirir. Professor Willemsə görə, bu birləşmələr yüksək təzyiqə səbəb olan kardiyovaskulyar qüsurlara qarşı bir tampon vəzifəsi görür. Daimi olaraq frenk üzümü istehlakı, xolesterol səviyyələrini tənzimləməyə və ürək xəstəlikləri riskini azaltmağa kömək edə bilər. Elmi olaraq təsdiqlənmiş hipertansiyon və kardiyovaskulyar sağlamlıq üçün kalium və linoleik asit ehtiva edən frenk üzümü yaxşı bir qaynaqdır.
Kalium qan təzyiqini aşağı salarkən, GLA ürək hüceyrələrinin zərərdən qorunmasına kömək edir və qan damarlarındakı trombosit yığılmasını yavaşladır. Professor Willems bildirib ki, "Tədqiqatlarda frenk üzümünün normal qan təzyiqinə sahib insanlara çox az təsiri olduğu görünür. Lakin, hipertenziya olan yetkinlərdə frenk üzümü yüksək təzyiqə səbəb olan bir amili hədəf alır. Ancaq sistemdə heç bir problem yoxdursa, o zaman frenk üzümünün təsiri daha azdır. Bundan əlavə, ən yaxşı strategiya yüksək təzyiq inkişaf etməzdən əvvəl frenk üzümünü istifadə etməkdir, çünki bu, sağlam kardiyovaskulyar funksiyanı dəstəkləyərək problemlərin qarşısını almağa kömək edə bilər."
Frenk üzümü birləşmələri qan damarlarını daha sağlam və gənc edir, deyən Professor Willems, kuş üzümü ekstraktının istifadəsinin asan olması səbəbi ilə damarlarımız üzərində şifalı təsir yaratmasının yanında qoruyucu həkimlik xüsusiyyəti ilə də əhəmiyyətli təsirə sahib olduğunu qeyd edib.
Professor Willems'in araşdırması, hipertansiyon xəstələrində yüksək təzyiqi azaltmaq üçün frenk üzümü ekstraktının istifadəsini dəstəkləyən bir sıra tədqiqatlara töhfə verir. Frenk üzümünü təmizləyib birbaşa yeyə bilərsiniz. Araşdırmalar göstərir ki, bu meyvə çox dadlı bir atıştırmalıktır.
Təzə frenk üzümünü smuzilərə əlavə edə bilər və ya su və digər meyvələrlə qarışdıraraq dadlı içki hazırlaya bilərsiniz. Salatlarınıza təzə frenk üzümü əlavə edərək həm dad, həm də qida dəyərini artıra bilərsiniz. Xüsusilə yaşıl salatlarla yaxşı uyğunlaşır.
Keks, peçenye və ya pudinq kimi şirniyyatların üzərinə əlavə edə və ya iç maddə kimi istifadə edə bilərsiniz. Frenk üzümünü mürəbbə və ya marmelad halında hazırlayaraq səhər yeməyində çörəklə birlikdə yeyə bilərsiniz.
Dondurmanın üzərinə və ya yoğurtla qarışdıraraq yeyə bilərsiniz. Qurudulmuş meyvə qarışıqlarına əlavə edərək atıştırmalıq kimi istifadə edə bilərsiniz.
ÖNƏMLİ! Təbiətdə olan meyvələr sağlamlıq üçün faydalıdır. Lakin bəzi meyvələrə qarşı allergik reaksiyalar baş verə bilər. Hər hansı bir sağlamlıq problemi yaşamamaq üçün bu qidaları istehlak etməzdən əvvəl mütləq bir mütəxəssisə müraciət edin.
Nərgiz Orucova