Səhiyyə

İlk olaraq ABŞ-da rast gəlinən beyni yeyən amip, beyində infeksiyaya səbəb olur və hallar adətən ölüm ilə nəticələnir. Zaman-zaman fərqli ölkələrdə rastlanabilən beyni yeyən amip nədir və necə yoluxur? Xalq arasında "beyni yeyən amip" olaraq tanınan, lakin həqiqi adı Naegleria fowleri olan bu mikroorqanizm, beyində təhlükəli infeksiyalara səbəb olur.

Naegleria fowleri xəstəliyində təkhüceyrəli amip, beyində infeksiyaya yol açır və hallar əksər hallarda ölümcül olur. Çox vaxt göl və çay kimi şirin sularda tapılan təkhüceyrəli Naegleria fowleri, yalnız burun vasitəsilə yoluxur və insandan insana keçmir.

Qoxu alma kanalına daxil olan amiplər, burun daxili mukozasını keçərək qoxu siniri vasitəsilə beyin və onurğa beyni mayesi ilə beyinə yerləşir. Ani ölümcül xəstəlik olan və Primer Amibik Meningoensefalit (PAM) olaraq adlandırılan menenjitlərə səbəb olurlar.

Burun iltihabı, yüksək atəş, bulantı, baş ağrıları və göz ağrıları kimi əlamətlər müşahidə edilir. Qısa zaman ərzində şüur bulanıqlığı və koma ilə ölüm baş verir.

Beyni yeyən amip insandan insana yoluxan bir xəstəlik deyil.

Beyni yeyən amip, çirkli suyun burna daxil olması ilə yoluxur. Çox nadir hallarda yetərincə xlorlanmamış üzgüçülük hovuzlarında başın suya batırılması və ya amiplə çirklənmiş çeşmə suyu ilə burnun təmizlənməsi nəticəsində yoluxma mümkündür.

Nərgiz Orucova 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il