ABŞ Senatı Ukraynanın dövlət borcunun qismən silinməsini nəzərdə tutan qətnaməyə baxmaqdan imtina edib.
Crossmedia.az xarici KİV-ə əsasən xəbər verir ki, sənədin müzakirəyə çıxarılmasının lehinə 37 senator, əleyhinə 61 senator səs verib.
Bloomberg daha əvvəl bildirmişdi ki, prezident Co Bayden administrasiyası Kiyevin 4,65 milyard dollarlıq borcunu silmək planları barədə Konqresə məlumat verib. Bu addım Ukraynaya verilən 9 milyard dollarlıq kreditin yarısının ləğvini nəzərdə tuturdu.
Qeyd edək ki, nümayəndə Marjorie Taylor Greene siyasəti tənqid edərək, ABŞ-ın daxili məsələlərə diqqət yetirməli olduğunu söylədi. Onun sözlərinə görə, Amerika hakimiyyətinin “məsuliyyətsiz yanaşması” nəticəsində ölkənin dövlət borcu təxminən 34 trilyon dollara çatıb.
Gültac Mehdizadə