Texnologiya

Dünyanın ən populyar sosial media platformalarından biri olan "X", süni intellekt söhbət botu "Grok"un pulsuz versiyasını sınaqdan keçirməyə başlayıb. İndiyədək yalnız premium və ödənişli istifadəçilər üçün əlçatan olan "Grok"un pulsuz versiyası artıq bəzi istifadəçilər üçün istifadəyə verilib.
"TechCrunch"ın xəbərinə görə, "X", "Grok"un pulsuz versiyasını müəyyən bölgələrdə istifadəçilərə təqdim edib. Hazırda Yeni Zelandiyadakı istifadəçilər pulsuz "Grok"a giriş imkanı əldə ediblər.
Pulsuz versiya, premium abunəlikdə təqdim olunan "Grok" versiyasından bəzi fərqlərə malikdir. "Grok-2" modeli hər iki saatda 10 sorğuya icazə verirsə, "Grok-2" mini modeli hər iki saatda 20 sorğu etmək imkanı yaradır. Bundan əlavə, istifadəçilər gündə üç dəfə şəkil analizi üçün sual verə bilirlər.
Pulsuz "Grok"dan istifadə etmək üçün istifadəçinin hesabı ən azı 7 gün əvvəl yaradılmış olmalı və telefon nömrəsi ilə doğrulanmalıdır.

Sevinc Abuşova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il