Texnologiya

Meta şirkətinin baş direktoru Mark Zukkerberq sosial medianın sosial yönünün zəiflədiyini və bunun narahatlıq yaratdığını bildirib. Zukkerberqə görə, süni intellektlə yaradılan paylaşımların artması insan əlaqələrini azaldır. 

Meta başçısı bu məzmunların istifadəçi təcrübəsini yaxşılaşdıracağını qeyd etsə də, insan tərəfindən yaradılan məzmunların azalması və sosial əlaqələrin zəifləməsindən narahatdır:

“Əgər lentdəki əsas tendensiyalara baxsanız, əvvəllər hər şey dostlarınızın paylaşımlarından ibarət idi,” deyən Zuckerberg, “Sonradan məzmun yaradıcıları da əlavə edildi və indi Instagram və "Facebook"da gördüyünüz məzmunların çoxu dostlarınızdan deyil, alqoritmlərlə maraq dairənizə uyğun təklif olunan paylaşımlardan ibarətdir,” - deyə açıqlayıb.

Metanın alqoritmləri istifadəçi marağını cəlb etmək üçün süni intellektlə yaradılan məzmunları dəstəkləyir. Bu məzmunlar daha çox qarşılıqlı əlaqə və platformada daha çox vaxt keçirməyə səbəb olur. Zukkerberq bu strategiyanın uğurlu olduğunu desə də, bunun təhlükələrini də vurğulayıb. "Facebook" və "Instagram"da süni intellektlə yaradılan məzmunların çoxalması platformaların sosial yönünü zəiflədir və Zukkerberq bu vəziyyətdən narazıdır. 

Emil Bağızadə

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il