"Vivo" məhsul çeşidini genişləndirməyə davam edir. Bir müddət əvvəl Y19s modelini orta seqmentdə təqdim edən Çin brendi, indi isə bir müddətdir gözlənilən "Vivo Y18t" modelini istifadəçilərə təqdim etdi.
"Vivo Y18t" modelində 6,56 düymlük, 90 Hz yeniləmə tezliyi və HD+ çözünürlük təqdim edən LCD ekran yer alır. Bundan əlavə, 840 nit parlaqlıq, TUV Rheinland Mavi İşıq sertifikatı və damcı çentik dizaynı mövcuddur.
Modelə güc verən prosessor "Unisoc" T612-dir. Gündəlik istifadə üçün nəzərdə tutulan bu çipset, 12 nm texnologiyası ilə hazırlanıb və 2x 1.8 GHz ARM Cortex-A75 və 6x 1.8 GHz ARM Cortex-A55 nüvələrinə sahibdir.
Telefon 4 GB RAM və 128 GB daxili yaddaşa malikdir. İstifadəçilər yaddaşı genişləndirmək üçün microSD kart dəstəyindən yararlana bilərlər. Bundan başqa, cihaz 15W gücündə şarj olunan 5.000 mAh tutumlu batareyaya sahibdir.
Emil Bağızadə