"ASUS ROG Phone 9" seriyası smartfonunda "Qualcomm Snapdragon 8 Elite" prosessorundan istifadə olunacaq. 3 nm arxitektura ilə istehsal edilən çipset və Adreno 830 qrafik blokuna sahibdir.
Modeldə 24 GB LPDDR5x RAM, 1 TB UFS 4.0 yaddaş və Android 15 əməliyyat sistemi olacaq. Digər tərəfdən, o, 6,78 düym ölçülü AMOLED paneli ilə gələcək, ekranda barmaq izi sensoru təklif edəcək. Üstəlik, ekranın 185 Hz yeniləmə sürətini dəstəkləyəcəyi bildirilir.
Smartfonda OIS dəstəyi ilə 50 Meqapiksellik əsas, 13 Meqapiksellik ultra geniş və 5 Meqapiksellik makro sensorlardan istifadə olunacaq. Ön tərəfdə 32 meqapiksellik selfi kamerası olacaq. Bundan əlavə, o, 5800 mAh batareya ilə təchiz ediləcək.
Tərlan Əmrahova