"Google" uzun müddətdir davam edən inkişaflardan sonra nəhayət yeni əməliyyat sistemini elan etməyi bacardı. "Pixel" cihazları üçün gözlənilən sabit versiyanın 15 oktyabr tarixində yayımlanması ilə yeni xüsusiyyətlər üzə çıxdı. Android 14-ə bənzər xüsusiyyətləri ilə diqqət çəkən Android 15, əlbəttə ki, dəyərli dəyişikliklər də təqdim edir. Android 15-i Android 14-dən daha üstün edən xüsusiyyətlər hansılardır?
Bir zamanlar 16GB yaddaşa malik cihazlar böyük saxlama sahəsi təqdim edirdi, lakin artıq 128GB və ya 256GB yaddaşa sahib cihazlar belə bəzən kifayət etmir. Ancaq bu problem Android 15 ilə böyük ölçüdə həll olunmuş kimi görünür.
Bir tətbiqi yüklədikdən sonra sildikdə məlumatlar silinirdi, lakin Android 15-in arxiv xüsusiyyəti sayəsində tətbiqləri silsək belə məlumatlar müvəqqəti olaraq saxlanıla bilir. Bu xüsusiyyət sayəsində tətbiq yenidən yükləndikdə giriş etməyə və ya yenidən tənzimləməyə ehtiyac qalmır.
Android 15 yeniləməsinin digər diqqətçəkən xüsusiyyəti isə peyk bağlantısı dəstəyi oldu. Bu xüsusiyyət ilk olaraq iPhone 14 seriyasında görüldü və sonradan bəzi Android cihazları üçün də yayımlandı. Android 15 ilə bu funksiyadan istifadə daha da asanlaşdırıldı, lakin peyk bağlantısı üçün yalnız yeniləmə kifayət deyil, cihazın donanımında bu funksiyanın dəstəklənməsi də vacibdir.
Çoxlu tapşırıq xüsusiyyəti də yeni əməliyyat sistemi yeniləməsi ilə daha təkmilləşdirilmiş formada təqdim olunur. Xüsusilə qatlanan telefonlar və ya planşetlər kimi geniş ekranlı cihazlarda istifadə edilən çoxlu tapşırıq xüsusiyyəti ekranı bölərək eyni anda bir neçə tətbiqə giriş imkanı yaradır. Android 15 sayəsində tətbiqlər arasında keçid asanlaşdırılıb və yeni qısa yollar əlavə olunub.
Emil Nağızadə