2025-ci ildə Azərbaycanda dini fəaliyyətə 9 milyon manat vəsait ayrılır.
Crossmedia.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələlərinin birgə iclasında 2025-ci ilin dövlət büdcəsi haqqında müzakirəsi zamanı deyib. Nazir bildirib ki, həmin vəsait Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yönəldilir.
Həmçinin 2025-ci ildə Azərbaycanın xaricdə təbliğatı - diaspor və lobbiçilik fəaliyyəti üçün xərclərə 7 milyon manat ayrılır.
Samir Şərifovun sözlərinə görə, həmin vəsait Diasporla İş üzrə Dövlət Komitəsinə yönəldilir:
“Xaricdəki diplomatik nümayəndəliklərin maliyyələşdirilməsinə isə 205 milyon manat ayrılır”.