Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov İmişli, Saatlı və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edəcək.
Crossmedia.az komitəyə istinadən xəbər verir ki, qəbul noyabrın 29-da saat 10:00-da İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: İmişli şəhəri, 20 Yanvar küçəsi 2) keçiriləcək.
Qəbul zamanı İmişli, Saatlı və Sabirabad rayon sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər.