İsrailin Baş naziri Benyamin Netanyahu dekabrın 2-də işğal altındakı Şərqi Qüdsdəki Qüds Regional Məhkəməsində ifadə verəcək.
Crossmedia.az xarici mətbuata istinadla xəbər verir ki, vəkilləri müdafiə hazırlıqlarını tamamlamaq məqsədi ilə məhkəmənin 15 gün müddətində təxirə salınmasını istəyiblər.
Bildirək ki, məhkəmə 13 noyabrda əvvəlki təxirəsalma tələbini rədd edib. Vəkillər hazırlıqların sürətlə davam etdiklərini, lakin Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarı çıxarmasının işləri çətinləşdirdiyini bildiriblər.
Nəzrin Salmanova