Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində "Şuşa günləri" tədbiri keçiriləcək.
Crossmedia.az dövlət satınalmalarının vahid internet portalına istinadən məlumat verir ki, bununla bağlı “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxs hazırlıqlara başlayıb.
Məlumata görə, tədbir Şuşa-2024-cü il "İslam dünyasının mədəniyyət paytaxtı" ili çərçivəsində baş tutacaq.
Qurum tədbirin icrası işlərini "LAGUNA GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib və onunla dəyəri 182.115,5 AZN (182 min 115 manat 5 qəpik) olan müqavilə bağlayıb.