Rusiya Donetsk vilayətinin cənub hissəsinə keçmək üçün hazırlıq görür.
Crossmedia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ukrayna hərbi Cənub Komandanlığının sözçüsü Vladislav Voloşin məlumat verib.
“Hücum daha çox Novosilka ətrafında yaşayış məntəqələrindən birinə cəmlənəcək. Eyni zamanda, Rusiya Zaporojyeyə də hücum edəcək”,- deyə o bildirib.
Məlumata görə, hücum üçün hazırlıqlar görülür - zərbə qrupları yaradılır, sursatlar ötürülür və pilotsuz uçuş aparatları (PUA) ilə hava kəşfiyyatı aparılır.
Bildirək ki, Voloşin noyabrın 12-də Rusiya qoşunlarının hər an Zaporojyeyə hücum başlada biləcəyini bildirmişdi. Ukraynanın 24 noyabrda yaydığı məlumatlara görə, burada ağır müdafiə istehkamları qurulur.
Nəzrin Salmanova