NATO mümkün təxribatın qarşısını almaq üçün Baltik dənizində kritik sualtı infrastrukturun mühafizəsi üzrə tədbirləri gücləndirməyə başlayacaq.
Crossmedia.az xəbər verir ki, planlar Polşanın Turek şəhərində Dəniz Alyansı Komandanlığının (MARCOM) konfransında açıqlanıb.
Qeyd edək ki, Potensial təhdidlərin qarşısını almaq üçün NATO robotlar və sualtı sensorlarla təchiz edilmiş mina əleyhinə gəmilərdən istifadə etməklə əsas ərazilərə nəzarəti genişləndirəcək.
Gültac Mehdizadə