Tbilisidə müxalifət tərəfdarları parlament binası qarşısında çadırlar qurub seçkilərin nəticələrinə etiraz ediblər.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, aksiya spiker və komitə rəhbərlərinin seçilməsi planlaşdırılan qanunverici orqanın ilk iclasını pozmaq məqsədi daşıyır.
Gürcüstan və Avropa İttifaqının bayraqları olan nümayişçilər Şota Rustaveli prospekti ilə yürüş edərək hakimiyyəti saxtakarlıqda ittiham edib və yenidən səsvermənin keçirilməsini tələb ediblər.
Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçirilib. Hakim “Gürcü arzusu” partiyası 53,93 faiz səslə qalib gəlib. Prezident Salome Zurabişvili Konstitusiya Məhkəməsinə müraciət edərək seçkilərin nəticələrinin ləğvini tələb edib.
Gültac Mehdizadə