Sağlamlıq

Ürək xəstəlikləri ilə bağlı çoxlu yanlış inanclar mövcuddur və bunlar insanların sağlamlıqla bağlı qərarlarına mənfi təsir göstərə bilər. Ürək xəstəlikləri dünyanın hər yerində ən çox yayılmış sağlamlıq problemlərindən biridir. Bu xəstəliklər haqqında məlumat çatışmazlığı və yanlış inanclar ciddi nəticələrə yol açır. Ürək xəstəlikləri haqqında geniş yayılmış bəzi yanlış fikirlərə nəzər salmaq və onların arxasındakı həqiqətləri ortaya qoymaq vacibdir.

Mövzu ilə bağlı suallara cavab tapmaq və təcrübələrini öyrənmək məqsədilə Tibb üzrə fəlsəfə doktoru, kardioloq Uzm. Dr. Ülvi Mirzoyev Crossmedia.az-a açıqlamasında bildirib:

“Yalnız yaşlılar ürək xəstəliklərindən əziyyət çəkir? Bu ən geniş yayılan yanlış fikirlərdən biridir. Halbuki, ürək xəstəlikləri gənc yaşlardan başlaya bilər. Stres, sağlam olmayan həyat tərzi və genetik faktorlar gənclər üçün də riski artırır. Bu səbəbdən, hər yaşda profilaktik müayinələr vacibdir. Həmçinin, yanlış fikirlərdən biri də yalnız kişilərin ürək xəstəliklərinə meylli olmasıdır. Ürək xəstəliklərinin kişilər arasında daha çox yayıldığı doğrudur. Ancaq qadınlar da ürək xəstəliklərinə meyllidir və bu problem çox vaxt nəzərə alınmır. Qadınlarda ürək xəstəliklərinin simptomları kişilərdən fərqli ola bilər və bu, onların diaqnozunu çətinləşdirir”.

Ülvi Mirzoyevin fikirlərinə əsasən, sinə ağrısı olmasa, ürək sağlamdır: 

“Ürək xəstəlikləri hər zaman sinə ağrısı ilə özünü göstərmir. Yorğunluq, nəfəs darlığı və hətta həzm pozuntuları ürəyin problem yaşadığını göstərə bilər. Ürək xəstəliyinin qarşısını almaq mümkün deyil. Bu fikrə cavab olaraq demək olar ki, həyat tərzi dəyişikliyi, sağlam qidalanma və müntəzəm fiziki aktivlik ürək xəstəliklərinin qarşısını almaqda böyük rol oynayır. Psixoloji sağlamlıq da ürək sağlamlığı üçün əhəmiyyətlidir. Uzunmüddətli stres, depressiya və narahatlıq ürək xəstəliklərinin inkişaf riskini artıra bilər. Damar problemləri yalnız ürək infarktına deyil, həm də beyin insultuna, ayaqlarda qan dövranı pozuntusuna və hətta böyrək xəstəliklərinə səbəb ola bilər”.

Samirə Şərif

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il