Gürcüstan parlamentinin bazar ertəsi keçirilən yeni çağırış ilk iclasında Şalva Papuaşvili yenidən sədr seçilib.
Crossmedia.az xəbər verir ki, o, 2021-ci ilin dekabrından bu vəzifəni icra edir.
Deputatlar qarşısında çıxış edən Papuaşvili gürcü xalqının rifahı üçün çalışacağını bildirib və milli maraqlara sadiqliyini təsdiqləyib.
O, revanşist qüvvələrin hakimiyyətə gələ bilməyəcəyini də qeyd edib və “Gürcü arzusu” partiyasının ölkənin mənafeyindən çıxış edərək xalqın etimadını doğruldacağını vurğulayıb.
Gültac Mehdizadə