Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müdafiə naziri Ruslan Jaksılıkovun idarənin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatını dinləyib.
Crossmedia.az xəbər verir ki, dövlət başçısı Qazaxıstan sülhməramlı kontingentinin BMT-nin Qolan təpələrindəki missiyasında iştirakının vacibliyini vurğulayıb.
Nazir qoşunların döyüş hazırlığı, texnikanın müasirləşdirilməsi, nizam-intizamın gücləndirilməsi, payız çağırış kampaniyası və hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılmasının nəticələri barədə məlumat verib. Xüsusi Əməliyyat Qüvvələrinin inkişafına, ərazi müdafiəsinə və daxili müdafiə müəssisələri ilə qarşılıqlı fəaliyyətə xüsusi diqqət yetirilib.
Qeyd edək ki, görüşün yekununda Tokayev ordunun döyüş potensialının gücləndirilməsi və hərbçilərə sosial dəstəyin gücləndirilməsi ilə bağlı tapşırıqlar verib.
Gültac Mehdizadə