Media və QHT

BDU və Mətbuat Şurası "İnformasiya muharibəsi: COP29 ərəfəsində Azərbaycana qarşı informasiya hücumlarının məqsəd və mahiyyəti” başlığı altında dəyirmi masa keçirib. 

Crossmedia.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin sədr müavini Natiq Məmmədli də çıxış edib. O çıxışında rəqəmsal mediadakı neqativ hallara diqqət çəkərək Azərbaycanın sosial media üzərindən dezinformasiya hücumlarının hədəfinə çevrildiyini bildirib. Bununla yanaşı qərb mediasının "peşəkarlıqla" hazırladığı dezinformasiyaların da buradakı rolunun böyük olduğunu diqqətə çatdırıb. Həmçinin süni intellekt və "deepweb" texnologiyalarından istifadə edərək ölkə prezidentinin adından feyk məlumatların yayıldığını da çıxışı zamanı ifadə edib. 

"Azərbaycan daim inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin ədalət istəyən səsi olub. Azərbaycana qarşı qarayaxma kampaniyası o deməkdir ki, biz dünyada ədalət istəmirik",- deyə o çıxışında qərb mediasının ölkəmizə qarşı yürütdüyü qarayaxma kampaniyasının mahiyyətini izah edib. 

Bu informasiya kirliliyinə qarşı mübarizədə əsas iki komponentin olduğunu deyən Natiq Məmmədli əsas vəzifələrdən birinin Azərbaycan mediası və jurnalistlərinə aid olduğunu bildirib: "Azərbaycanın haqq səsini dünyaya çatdırmaq jurnalistlərin missiyasıdır və dövlətində mediadan gözlədiyi bu missiyanın yüksək səviyədə yerinə yetirilməsidir",- deyə o, çıxışına əlavə edib.

Bir digər önəmli komponentin isə cəmiyyətin media savadlılığının artırılması olduğuna diqqət çəkərək bu məqsədlə dünyada media savadlılığı indeksinə görə üst sıralarda yer alan Finlandiya təcrübəsinə istinad edildiyini, Skandinaviya ölkələrindən gələn ekspertlərlə bərabər layihələr ilə yanaşı təlimlər keçirildiyini də deyib. Bununla yanaşı Azərbaycanda hər il dekabr ayında "Media Savadlılığı Həftəsi" keçirildiyini də vurğulayıb. 

"Cəmiyyətin informasiya savadlılığı nə qədər yüksək səviyədə olarsa, onun bir o qədər yalan məlumatların təsir dairəsinə düşmə ehtimalı və riski də azala bilər" deyərək bu istiqamətdə sistemli fəaliyyətin davam etdiyini də bildirib. 

Emil Nağızadə

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il