Bu gün UEFA Avropa Liqasının 4-cü turunda Azərbaycan təmsilçisi “Qarabağ” Norveçin “Bodo Qlimt” komandası ilə səfərdə üz-üzə gələcək. Qarşılaşma yerli vaxtla saat 21:45-də Aspmira stadionunda keçiriləcək.
Crossmedia.az xəbər verir ki, hazırlıq prosesində baş məşqçi Qurban Qurbanov komandanı həm fiziki, həm də taktiki baxımdan gücləndirib. Mütəxəssislər bu oyunun “Qarabağ” üçün asan keçməyəcəyini vurğulayır, lakin “Qarabağ”ın qələbə qazanmaq üçün potensialı və təcrübəsi var.
Təmsilçimizə bu çətin səfər oyununda uğurlar arzulayırıq.
Səbinə Vahidova