Yaxın şərq

İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Baş Qərargah rəisi Herzi Halevi Livanda quru əməliyyatını genişləndirmək planlarının hazırlanmasına çağırıb. Bəs bu tədbirlər İsrail - Livan arasındakı qarşıdurmanın daha da genişlənməsinə necə təsir edə bilər?

Məsələ ilə bağlı politoloq Kazım Kazımov Crossmedia.az-a şərhində bildirib ki, İsrail Quru Qoşunları komandanının bu çağırışı, şübhəsiz ki, Yaxın Şərq üçün ciddi bir təhlükə siqnalı ola bilər:

"Çünki İsrailin Livana qarşı geniş hərbi əməliyyata başlaması Yaxın Şərqdə yeni bir münaqişə ocağı əmələ gətirə bilər. Bir ildən yaxın müddətdir ki, Qəzzada aktiv döyüşlər gedir. Bu döyüşlərin getdiyi bir dövrdə Livanda da yenidən aktiv döyüşlərin başlanması bölgəmiz üçün heç də yaxşı nəticə vəd etmir. Təbii ki, Quru Qoşunları komandanının bu çağırışı psixoloji bir həmlə də ola bilər. Əsas odur ki, İsraildəki siyasi iradənin bu çağırışa cavabı necə olacaq. Biz yaxşı bilirik ki, bu gün İsraildə hərbi məsələlərdə belə son qərarı verən siyasi hakimiyyətdir. Hakimiyyət Livanda quru döyüşlərə razılıq verəcəkmi, verməyəcəkmi onu düşünmək lazımdır".

Həmçinin politoloq qeyd edib ki, xüsusilə, Livandakı Hizbullah qruplaşmasının liderlərinin sui-qəsd nəticəsində öldürülməsi Livanda quru əməliyyatları fikrini bir az zəiflədib:

"Onsuz da Hizbullahın idarəedici komandasının heç biri həyatda deyil və yeni komanda hələ də o xaotik vəziyyətdən çıxa bilməyib. Digər tərəfdən Livana hücum Şərq ölkələri tərəfindən də müsbət qarşılanmır. Bexnəlxalq dəstək də bir qədər aşağıdır, ona görə də siyasi hakimiyyətin bütün bunlara rəğmən yeni bir quru əməliyyata başlaması gözlənilməzdir".

 Gülşad İbrahimova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il