Yaxın şərq

ABŞ Yaxın Şərqdəki prosesləri yönləndirərək öz maraqlarını qorumağa çalışır. HƏMAS-ın Fələstin xalqı tərəfindən mandat almasına baxmayaraq, ABŞ-nin onu qəbul etməməsi bölgədə sual doğurur və sülh prosesini çətinləşdirir. Bu mövzu Türkiyənin regionda fəal rol oynadığı bir vaxtda xüsusi əhəmiyyət kəsb edir.

Mövzu ilə bağlı Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli Crossmedia.az-a verdiyi açıqlamada bildirib:

“ABŞ Yaxın Şərqdə baş verən proseslərdə yaxından iştirak edir və hətta demək olar ki, hadisələrin istiqamətləndiricisi rolunu oynayır. ABŞ onun maraqlarına xidmət etməyən bütün qüvvələri məhv edir. Bu zaman ədalət məhfumu onun üçün sonuncu nəzərə alınacaq dəyərdir. ABŞ-nin HƏMAS-a münasibəti də belədir. HƏMAS Fələstin xalqı tərəfindən mandat alsa da, ABŞ-nin onu qəbul etməməsi bir çox suallar doğurur. Demokratik prinsiplər tələb edir ki, xalqın seçiminə hörmət edilsin. Buna baxmayaraq ABŞ-nin HƏMAS-ı tereorçu kimi tanıması vəziyyəti daha da mürəkkəbləşdirir. Bu əslində regionda sülh prosesinin bərqərar olmasına əhəmiyyətli dərəcədə mənfi təsir göstərir. Çünki HƏMAS faktiki olaraq Fələstinin idarə olunmasında iştirak edir və region dövlətləri ilə əlaqələrə malikdir. Belə bir vəziyyətdə ABŞ-nin Türkiyəyə təzyiq edərək HƏMAS üzvlərinin ekstradisiyasını tələb etməsi regionda bütün oyunçuların sıradan çıxarılmasına hesablanıb. Ona görə, Türkiyə son vaxtlar regionda baş verən bütün proseslərdə fəal iştirak edir. Onun həm geosiyasi mövqeyi, həmçinin hərbi potensialı və siyasi iradəsi buna imkan verir. Türkiyənin ABŞ-nin mövqeyinə baş əyməyəcəyini demək mümkündür.

Müəllim Rəhimli eyni zamanda bildirib ki, regiondakı proseslərə təsir baxımından Türkiyə öz siyasi xəttinə sadiq qalmalıdır: "Ancaq bununla belə təkbaşına mübarizə aparmaq onun üçün kifayət qədər çətin ola bilər. Bütün riskləri üzərinə götürə bilməz. Bu baxımdan HƏMAS-a münasibətdə də müttəfiqləri ilə birlikdə hərəkət etməyə üstünlük verməlidir. İndiki halda regionda istənilən ölkəni Türkiyənin müdafiə etməsi mümkündür, lakin heç bir ölkə Türkiyəni qoruya bilməz. Ona görə də HƏMAS-a münasibətdə bu reallığı nəzərə alması vacibdir”.

Samirə Şərif

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il