Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Donald Trampı prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.
Crossmedia.az xəbər verir ki, Ərdoğan Trampın prezidentliyi altında beynəlxalq əhəmiyyət kəsb edən münaqişələrin həllinə ümid etdiyini bildirib.
Xüsusilə, Ərdoğan, Trampın rəhbərliyi altında Ukrayna böhranı və Yaxın Şərq məsələləri, o cümlədən Fələstin problemi ilə bağlı irəliləyişlər
gözlədiyini vurğulayıb. Ərdoğan həmçinin Türkiyə ilə ABŞ arasındakı ikitərəfli əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edib.