ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Meksika və Kanadadan gələn bütün mallara 25% rüsum tətbiq etməyi planlaşdırdığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Tramp bu qərarı qeyri-qanuni immiqrasiya və narkotik qaçaqmalçılığı, xüsusən də opioid maddələrin yayılması ilə əlaqələndirib. O, ABŞ-da cinayətkarlıq səviyyəsinin daha da artmasından söz açaraq problemlər həll olunana qədər bu tədbirlərin qüvvədə qalacağını bildirib.
Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzindən (CDC) verilən açıqlamaya görə, ABŞ-da fentanilin (narkotik) həddindən artıq istifadəsi nəticəsində ölüm nisbəti son illərdə əhəmiyyətli dərəcədə artıb və hər il təxminən 100.000 insanın həyatına son qoyan opioid böhranını pisləşdirib.
Gültac Mehdizadə