Naxçıvan Muxtar Respublikasının Şahmat Federasiyası fəaliyyətini dayandırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Federasiyanın sosial media hesabında bildirilib.
Qeyd olunub ki, federasiya 2002-ci ildə qurulub və bu dövr ərzində Naxçıvanda titullu şahmatçılar, Avropa çempionları və mükafatçıları, dəfələrlə Azərbaycan çempionları, bir çox beynəlxalq şahmat turnirlərinin qalibi olmuş şahmatçılar yetişib.