Dünya xəbərləri

İsrail Baş naziri Benyamin Netanyahu və Britaniyanın Keir Starmeri ABŞ prezidentliyinə qayıdışa yaxın olan Donald Trampı ilk təbrik edənlər arasında oldular. Yeni bir prezidentin seçilməsi təkcə ABŞ deyil, dünya üçün də böyük əhəmiyyət kəsb edir və ölkənin beynəlxalq siyasətində dönüş yarada bilər.

Netanyahu, Co Baydenlə olan gərgin münasibətləri vurğulayaraq Trampın geri dönüşünü "tarixin ən böyük geri dönüşü" adlandırıb və ABŞ-İsrail ittifaqının yenidən möhkəmlənəcəyini qeyd edib.

Britaniya Baş naziri Keir Starmer isə gələcəkdə Tramp ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib və iki ölkə arasındakı əlaqələrin daha da güclənəcəyini vurğulayıb. Macarıstan Baş naziri Viktor Orban bu seçkini "dünya üçün çox vacib qələbə" kimi dəyərləndirib.

Fransa Prezidenti Emmanuel Makron əvvəlki kimi Tramp ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib, Avropanın dəyərlərini qorumaq üçün Almaniya kansleri Olaf Şolz ilə müzakirələr apardığını qeyd edib.

NATO Baş katibi Mark Rutte Trampın liderliyinin NATO üçün önəmli olduğunu vurğulayıb. Ukrayna Prezidenti Zelenski, Trampın "güclə sülh" yanaşmasının Ukraynaya sülh gətirə biləcəyini söyləyib, lakin ABŞ-ın hərbi dəstəyinin azalacağından narahatdır.

İtaliya Baş naziri Corcia Meloni və İspaniyanın Pedro Sançesi də Trampı təbrik edərək iki ölkə arasındakı strateji əməkdaşlığın güclənəcəyini bildiriblər. Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen də Trampa təbriklərini çatdırıb.

Hindistan Baş naziri Modi isə Trampı yenidən təbrik edib və iki ölkə arasındakı əməkdaşlığı daha da dərinləşdirmək niyyətində olduğunu qeyd edib. Çin isə ABŞ seçkilərini onların daxili işi olaraq dəyərləndirib.

Rusiya isə ABŞ-ni öz demokratik problemlərini həll etməyə və xarici müdaxilə iddialarına son verməyə çağırıb.

Elnurə Kərimova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il