Amerika

Amerikada 5 noyabrda keçiriləcək prezident seçkiləri həm Amerika əhalisinin, həm də dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Çünki ABŞ dünya siyasətində önəmli rol oynayan ölkələrdən biridir. Prezidentliyə namizədlərin verdikləri vədlərə əsasən seçilmələri halında hansı addımları atacaqlarını təxmin etmək çətin deyil. Amerikanın tarix boyu davam edən ermənipərəst və Azərbaycana qarşı qərəzli siyasətinin yeni seçiləcək namizəd tərəfindən də davam etdirilib-etdirilməyəcəyi maraq doğurur.

Namizəd Kamala Harris öz sosial media hesabında paylaşdığı bir yazıda belə qeyd edir: "1,5 milyon erməninin deportasiya edildiyi, kütləvi şəkildə qətlə yetirildiyi və ölümə doğru yürüş etdiyi erməni soyqırımını heç vaxt unutmayacağıq. Bu gün qurbanları yad edərkən və yas tutduqca, erməni xalqının dözümlülüyünə hörmətlə yanaşır və nifrətin bütün formalarına qarşı mübarizə aparmağı öhdəmizə götürürük." Harris əvvəllər də "erməni soyqırımı" və "didərgin düşən ermənilər" kimi ifadələr işlətmişdi. Azərbaycan-Ermənistan münasibətləri nəzərə alınarsa, ABŞ-da ermənipərəst bir namizədin seçilməsi Azərbaycan və ABŞ arasındakı əlaqələrə necə təsir edəcəyi ilə bağlı suallar doğurur.

Bu mövzu ilə bağlı politoloq Oqtay Qasımov Crossmedia.az saytına açıqlamasında bildirir: "Kamala Harris, Biden administrasiyasının əsas simalarından biri kimi erməni diasporası ilə sıx əlaqədədir. Kaliforniyada prokuror işlədiyi dövrdən etibarən erməni diasporası ilə yaxın münasibətlər qurmuşdur. Biden administrasiyası Amerika tarixinin ən ermənipərəst administrasiyası hesab olunur, bu baxımdan, Harris də ermənipərəst siyasət yürüdəcəkdir. Seçkilərdə kimin qalib gələcəyini söyləmək çətin olsa da, bir şey aydındır: ABŞ-da Tramp və ya Harris hakimiyyətə gəlsə belə, Amerikanın Azərbaycana qarşı erməni kartından istifadə etməsi uyğun nəticəyə gətirib çıxarmayacaq".

Konfliktoloq Elman Vəliyev də mövzu ilə bağlı fikirlərini bölüşərək deyir: "Amerikada prezident namizədləri həmişə erməni kartından istifadə edib və edəcəklər də. Amerikada kreslo sahibisənsə, deməli, ya yəhudisən, ya da erməni. Amerika ilə Azərbaycan arasındakı münasibətlər orta səviyyədədir. Amerikada prezident simvolik bir fiqurdur və ölkənin stabilləşdirilmiş idarəetmə sistemi mövcuddur. Bu sistemin icrasını prezidentlər həyata keçirir. Bayden də “erməni soyqırımı” ifadəsini işlətmişdi, lakin münasibətlər ciddi şəkildə zədələnmədi. Buna görə də böyük bir dəyişiklik gözləmirəm."

Ayhan Ağarzayev

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il