COP29

COP29 çərçivəsində “The Caspian House”: Xəzəryanı ölkələrin ekoloji təşkilatlarının platforması” adlı layihənin təqdimatı və Xəzəryanı 4 ölkə tərəfindən birgə protokolun imzalanması mərasimi keçirilib.

Crossmedia.az-ın məlumatına görə, layihənin məqsədi Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistanın qeyri-hökumət təşkilatlarının ekoloji birliyinin yaradılmasıdır.

Əməkdaşlıq barədə sənədi “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək" İctimai Birliyinin sədri Şəlalə Həsənova, “Avrasiya Xalqlarının Assambleyası”nın baş katibinin müavini Stanislav Korolyov, “EkoForum-Qazaxıstan” İctimai Birliyinin sədri Svetlana Moqilyuk, “Tebiqi Kuvvat” İctimai Birliyinin rəhbəri Bərkəli Atayev imzalayıblar.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin birgə elan etdiyi “COP29: beynəlxalq təşəbbüslər” adlı qrant müsabiqəsində qalib olan “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyinin layihəsi çərçivəsində keçirilib.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il