COP29

COP29-un Mavi zonasında nüvə enerjisinin istifadəsinin genişləndirilməsi əleyhinə aksiya keçirilib.

Crossmedia.az "Report"a istinadən xəbər verir ki, aksiyanın təşkilatçısı "Nuclear power is not the Answer!" beynəlxalq təşkilatıdır.

Fəallar nüvə enerjisinə qarşı "son dərəcə çirklənmə", "həddindən artıq təhlükə", "bahalılıq" və "həddindən artıq lənglik" kimi əsas tezisləri irəli sürürlər.

"Nüvə şirkətləri sadəcə öz layihələrindən pul qazanır, yerinə yetirilməsi mümkün olmayan təşəbbüslər təklif edirlər", - aksiyanın iştirakçılarından olan almaniyalı Günter Hermayer bildirib.

Onun sözlərinə görə, nüvə enerjisi o qədər bahalıdır ki, əgər bu texnologiyalar beynəlxalq bazara çıxarılsaydı, gəlir gətirmədiyinə görə mövcudluğunu dayandırardı. G.Hermayer həmçinin qeyd edib ki, nüvə enerjisi həddindən artıq təhlükəlidir və ətraf mühiti qalıq yanacaqdan heç də az çirkləndirmir.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il