Giresunda “Gəlin qayası” təbii görünüşü ilə ziyarətçiləri heyrətləndirir
Türkiyənin Giresun şəhərində dik yamacda yerləşən və qeyri-adi görünüşü ilə diqqət çəkən “Gəlin qayası” turistlərin maraq göstərdiyi məkanlardan birinə çevrilib. Təbii qaya forması ərazidə aparılan seyir terrasının və abadlıq işlərinin ardından turizmə qazandırılıb.
Crossmedia.az xəbər verir ki, qayaya görünüşünə görə insanların böyük maraq göstərdiyi bildirilib. Mütəxəssislərin fikrincə, qayanın bu qeyri-adi formanı uzun illər ərzində eroziya, külək və yağış kimi təbii proseslərin təsiri nəticəsində alması mümkündür.
Hazırda “Gəlin qayası” ətrafında aparılan abadlıq işləri ilə ərazinin turistlər üçün daha əlçatan və cəlbedici məkana çevrilməsi nəzərdə tutulur.
07:20 17.08.2026
Oxunuş sayı: 52