Ukraynada faciə: 3 aylıq körpə dron hücumunun qurbanı olub
Ukrayna hakimiyyətinin məlumatına görə, Rusiya pilotsuz uçuş aparatı Dnepropetrovsk vilayətinin Marqanes şəhərində çoxmərtəbəli yaşayış binasına zərbə endirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Hücum nəticəsində 3 aylıq körpə həyatını itirib, daha 11 nəfər yaralanıb.
Hadisə yerində xilasetmə işləri aparılır, hücumun nəticələri və zərərin miqyası dəqiqləşdirilir.
11:50 15.08.2026
Oxunuş sayı: 41