KTMT Ermənistanla bağlı mövqeyini açıqlayıb
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmagambetov bildirib ki, təşkilata üzv ölkələr Ermənistanı hələ də müttəfiq kimi qiymətləndirirlər və İrəvanla əməkdaşlığın tam bərpasını müzakirə etməyə hazırdırlar.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, KTMT ölkələri Ermənistanın təşkilat çərçivəsində birgə fəaliyyətə yenidən tam şəkildə qayıtması məsələsini müzakirə etməyə açıqdır.
Baş katib qeyd edib ki, Ermənistanla münasibətlərin gələcəyi dialoq yolu ilə həll oluna bilər və təşkilat İrəvanla əməkdaşlığın davam etdirilməsində maraqlıdır.
12:05 15.08.2026
Oxunuş sayı: 46