İndoneziya sahillərində 7,7 bal gücündə zəlzələ baş verib - Ölənlər və yaralılar var
İndoneziya sahillərində 7,7 bal gücündə güclü zəlzələ baş verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Təbii fəlakət nəticəsində azı 5 nəfərin öldüyü, bir sıra binaların zədələndiyi bildirilir.
Zəlzələdən sonra bölgədə sunami təhlükəsi elan edilib. Xilasetmə və fövqəladə hallar xidmətləri hadisənin nəticələrini qiymətləndirir, zərərçəkənlər barədə məlumatlar dəqiqləşdirilir.
Yerli hakimiyyət orqanları əhaliyə sahilyanı ərazilərdən uzaq durmaq və təhlükəsizlik tədbirlərinə əməl etmək barədə xəbərdarlıq edib.
11:48 15.08.2026
Oxunuş sayı: 41