Yaşa görə sosial müavinət alanların sayı AÇIQLANDI
Bu ilin iyul ayında Azərbaycanda yaşa görə aylıq sosial müavinət alanların sayı 177,5 min nəfər olub.
Bu barədə Crossmedia.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib.
Məlumata görə, onların 39,4 %-ni kişilər, 60,6 %-ni isə qadınlar təşkil edib.
10:59 12.08.2026
Oxunuş sayı: 42