Astarada qaz olmayacaq – XƏBƏRDARLIQ
Sabah Astara şəhərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Crossmedia.az-a Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Astara şəhərinin qaz təchizatı dayandırılacaq.
12:16 10.08.2026
Oxunuş sayı: 39