Kamçatkada qızıl mədənində partlayış olub
Kamçatka diyarındakı Asaçinski qızıl mədənində baş verən partlayışa propan balonunun partlamasının səbəb olduğu bildirilir.
Crossmedia.az xəbər verir ki, Kamçatka diyarı Prokurorluğunun mətbuat xidməti bu barədə məlumat yayıb.
İlkin məlumata görə, tikinti sahəsində podratçı şirkətin əməkdaşları qaynaq işləri apararkən propan balonu partlayıb.
Hadisə ilə bağlı Yelizovo şəhər prokurorluğu araşdırmaya başlayıb. Araşdırma çərçivəsində əməyin mühafizəsi və sənaye təhlükəsizliyi ilə bağlı qanunvericiliyin tələblərinə əməl olunması yoxlanılacaq.
Partlayış avqustun 10-da Petropavlovsk-Kamçatskidən 160 kilometr məsafədə yerləşən Asaçinski qızıl mədənində baş verib.
Kamçatka Fəlakət Tibb Mərkəzinin məlumatına görə, hadisə nəticəsində bir nəfər həyatla bir araya sığmayan xəsarətlər alaraq ölüb. Daha iki nəfər yaralanıb və onların vəziyyəti ağır-stabil qiymətləndirilir.
Yaralıların quru və ya hava nəqliyyatı ilə təxliyə edilməsi məsələsi həll olunur.
09:32 10.08.2026
Oxunuş sayı: 52