Afina Rus qazından imtina edir – qiymətlər arta bilər
Yunanıstanın Rusiyadan qaz idxalından imtina etməsi ölkə iqtisadiyyatına mənfi təsir göstərə bilər.
Crossmedia.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin ikinci Avropa departamentinin direktoru Yuri Pilipson TASS-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiyadan qaz tədarükünün ABŞ-dən gətirilən mayeləşdirilmiş təbii qazla (LNG) əvəzlənməsi elektrik enerjisinin tariflərinin artmasına səbəb olacaq. Bu isə öz növbəsində əsas istehlak məhsullarının qiymətlərinə təsir göstərə bilər.
Pilipson qeyd edib ki, 2025-ci ildə Rusiyadan Yunanıstana qaz tədarükünün payı ölkənin ümumi qaz idxalının 45 faizini təşkil edib.
20:49 09.08.2026
Oxunuş sayı: 45