Taleh Şahsuvarlıdan komitə sədrinə: "Bu məsələni həll edək"- Şah İsmayıl qalmaqalı böyüyür
Elm sahəsində akademik müzakirələr əksər hallarda inkişafa aparır. Belə olmadıqda isə, ən azından araşdırmağa, tədqiq etməyə, öyrənməyə sövq edir. Bu gün isə sosial şəbəkələri zəbt edən mövzulardan biri də Aznews.az saytının baş redaktoru Taleh Şahsuvarlının Milli Məclisin İctimai birliklər və Dini qurumlar komitəsinin sədri Fazil Mustafa ilə debat məsələsidir. Taleh Şahsuvarlı Şah İsmayıl irsi ilə bağlı Fazil Mustafanı debata çağırdığını, lakin millət vəkilinin bundan boyun qaçırdığını öz sosial şəbəkə hesabında qeyd edib. Sözügedən məsələ ilə əlaqədar olaraq Taleh Şahsuvarlı ilə əlaqə saxladıq.
"Debata dəvət fikri "Laf" TV-nin qurucusu və aparıcısı Ləman xanım tərəfindən irəli sürüldü. Lakin mən Fazil Mustafanın debata çıxacağına inanmırdım. Mən bir daha təklif edirəm ki, bu məsələni heç bir qarayaxma olmadan, tam rasional şəkildə həll edək. İstənilən saytda, televiziya platformasında debata mən hazıram".
Qeyd edək ki, daha əvvəl F. Mustafa saytımıza açıqlamasında ona debat təklif edilmədiyini və həvəskarla debata çıxmaq istəmədiyini bildirmişdi.
Turqut Ansari
09:52 09.08.2026
Oxunuş sayı: 54