Lionel Messinin atası 68 yaşında vəfat edib
Argentina millisinin və Lionel Messinin atası Xorxe Messi 68 yaşında vəfat edib.
Crossmedia.az xəbər verir ki, "Infobae" bu barədə məlumat yayıb.
Məlumata görə, Xorxe Messi uzun sürən ağır xəstəlikdən sonra Rosario şəhərindəki klinikalardan birində dünyasını dəyişib.
Lionel Messi atasının vəfatı ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Qeyd edək ki, bu ilin iyununda Argentinanın "Luzu TV" yayım platformasının aparıcısı Florensiya Penya canlı yayım zamanı Messinin atasının vəfat etdiyini bildirmişdi. Lakin sonradan məlumatın təsdiqlənmədiyi məlum olub. Penya buna görə üzr istəyib və işdən azad edilib.
15:45 08.08.2026
Oxunuş sayı: 64