FİFA İnfantino ilə bağlı iddiaları təkzib etdi
FİFA prezidenti Canni İnfantinonun UEFA-nın keçmiş əməkdaşı ilə münasibətdə olması barədə məlumatlar qurum tərəfindən təkzib edilib.
Crossmedia.az xəbər verir ki, "The Telegraph" bu barədə məlumat yayıb.
Nəşrin daha əvvəl yaydığı xəbərə görə, İnfantinonun UEFA-nın baş katibi olduğu dövrdə onunla romantik münasibətdə olduğu bildirilən qadına UEFA tərəfindən altı rəqəmli məbləğdə təzminat ödənilib.
"The Telegraph" həmçinin iddia edib ki, İnfantino həmin qadının vəzifədə irəliləməsinə də kömək edib.
FİFA isə yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.
13:17 08.08.2026
Oxunuş sayı: 70