Sulutəpədə küçəni su basdı - içməli su küçəyə axır
Sulutəpə qəsəbəsi, Çaylı küçəsində içməli suyun küçəyə axması sakinlərin narahatlığına səbəb olub. Sakinlərin sözlərinə görə, xüsusilə axşam saatlarında küçə su ilə dolur, vəziyyət o həddə çatır ki, hətta sakinlərdən birinin evini də su basıb.
Ərazidə yaranan vəziyyətlə bağlı Crossmedia.az-ın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib ki, qeyd olunan ünvanda baş verən su sızması ilə bağlı Rayon Su Kanal İdarəsinə məlumat verilib: “Məlumat daxil olduqdan sonra ərazidə yaranmış vəziyyətin aradan qaldırılması və su sızmasının mənbəyinin müəyyənləşdirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub. Hazırda qəza xidməti tərəfindən əraziyə baxış keçirilməsi və sızmanın səbəbinin müəyyənləşdirilməsi, həmçinin axıntının aradan qaldırılması ilə bağlı işlərin həyata keçirilməsi təmin olunacaq”.
Zeynəb Həsən
13:05 08.08.2026
Oxunuş sayı: 54