İş axtaranlara MÜJDƏ: Azərbaycanda ən yüksək maaşlı işlər AÇIQLANDI
Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) hazırda müxtəlif
işəgötürənlər tərəfindən təqdim olunan 65 mindən çox aktiv vakansiya
mövcuddur.
Bu barədə Crossmedia.az-ın sorğusuna ƏMAS-dan
bildirilib ki, vakansiyalar üzrə əməkhaqqı məbləği işəgötürənlər tərəfindən təhsil
və ixtisas səviyyəsi, peşə bacarıqları, iş təcrübəsi, əmək funksiyalarının mürəkkəbliyi,
iş şəraiti və vəzifəyə dair digər tələblər nəzərə alınmaqla müəyyən edilir.
Hazırda sistemdə mövcud olan yüksək əməkhaqqılı
vakansiyalar əsasən informasiya və rabitə, maliyyə və sığorta, emal sənayesi və
digər sahələr üzrədir. Yüksək əməkhaqqılı vakansiyalar şöbə
rəisi, maliyyə departamentinin direktoru kimi rəhbər vəzifələri əhatə edir.
Eyni
zamanda, vakansiya bankında xidmət, ticarət, istehsal, kənd təsərrüfatı və digər
sahələr üzrə də yüksək əməkhaqqılı iş yerləri mövcuddur.
İşsiz və ya işaxtaran şəxslər vakansiyalara müraciət üçün Dövlət Məşğulluq Agentliyinin regional məşğulluq filiallarına və ya DOST mərkəzlərinə yaxınlaşa bilərlər.
Məhəbbət Tərlanoğlu
11:08 08.08.2026
Oxunuş sayı: 67