Yaponiyada zəlzələ qurbanlarının sayı 39-a çatıb
Yaponiyanın Kyuşu adasındakı Kumamoto prefekturasında iyulun 28-də baş verən 7,1 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 39-a yüksəlib.
Crossmedia.az xəbər verir ki, yerli hakimiyyət orqanları bu barədə məlumat yayıb.
Məlumata görə, zəlzələ zamanı ağır xəsarət alan 23 nəfər hazırda xəstəxanalarda müalicə olunur.
10:09 08.08.2026
Oxunuş sayı: 71